news-details
Xəbərlər

“Qəbələ” “Neftçi” ilə heç-heçə etdi, “Sumqayıt” “Keşlə”yə uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Günün ilk matçı Qəbələdə keçirilib. Şəhərin eyniadlı komandası "Neftçi"ni qəbul edib. Qarşılaşmanın idarəçiliyi Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

İlk oyun gününün ikinci matçı "Kapital Bank Arena" təşkil edilib. Aşağı pillələrdən qurtulmağa çalışan “Sumqayıt” “Keşlə” ilə üz-üzə gəlib. "Gənclik şəhəri" təmsilçisi axırıncı 4, "Keşlə" isə son 3 görüşdə xal itirib. Qarşılaşmanın start fitini Əliyar Ağayev səsləndirib. 4 qolun qeydə alındığı matçda paytaxt klubu qələbə qazanıb.

Tura dekabrın 16-da oynanılacaq "Səbail" - "Sabah" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XIV tur

15 dekabr

“Qəbələ” – “Neftçi” - 1:1
Qollar: R.Utziq, 28 - E.Mahmudov, 39.
Matçın 54-cü dəqiqəsində E.Mahmudov penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu,

“Sumqayıt” – “Keşlə” - 1:3
Qollar: C.Xocaniyazov, 84 - P.Azadov, 37. R.Hacıyev, 47. F.Santos, 80-pen
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”

Digər xəbərlər