Cümə 29.03.2024

“Sabah” 3, “Qarabağ” 2 cavabsız qolla qələbə qazandı

“Sabah” 3, “Qarabağ” 2 cavabsız qolla qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub. Qış fasiləsi öncəsi sonuncu tur iki oyunla başa çatıb.

Autsayder "Səbail" "Sabah"ı qəbul edib. Komandalar indiyənədək çempionatda 12 dəfə üz-üzə gəlmişdilər. Bunların 5-də "dənizçilər", 4-də qonaqlar qələbə qazanmışdı. 3 qarşılaşmada isə heç-heçə qeydə alınmışdı. Budəfəki görüşdə "Sabah" 3 cavabsız qolla qalib gəlib.

Turun son matçında lider "Qarabağ" "Zirə"ni qəbul edib. Premyer Liqadakı əvvəlki 24 matçın heç birində "Zirə" qələbə qazana bilməyib. 16 görüşdə "köhlən atlar" qələbə qazanıbsa, 8 dueldə qalib müəyyənləşməyib. Bugünkü matçda sevinən tərəf yenə Ağdam klubu olub.

İlk oyun günündə "Qəbələ" evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib, "Sumqayıt" isə "Keşlə"yə uduzub - 1:3.

Azərbaycan Premyer Liqası

XIV tur

16 dekabr (cümə axşamı)

“Səbail” – “Sabah” - 0:3
Qollar: C.L.Mikels, 33. C.Nuriyev, 46. X.Kamara, 90+4
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”.

“Qarabağ” – “Zirə” - 2:0
Qollar: M.Qurbanlı, 6; 53
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”.