Cümə 29.03.2024

İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib

İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat - seçki Baş Məclisi keçirilib.

MOK-un mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə İcrayyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftahətdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcrayyə Komitəsinin üzvü seçiliblər.

İclasda Azər Əliyev MOK-un yeni baş katibi seçilib. A.Əliyev bu postda Ağacan Əbiyevi əvəzləyib.

Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftahətdinova MOK-un vitse-prezidentləri seçiliblər. Ç.Hüseynzadə yeni müddətə seçilib. Gənclər və idman naziri F.Qayıbov mərhum sələfi Azad Rəhimovu əvəzləyib. Z.Meftahətdinova isə Xəzər İsayevin yerinə seçilib.

Toplantıda MOK-un Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.