Şənbə 20.04.2024

Futzal millimiz Ukraynaya ilk görüşdə məğlub oldu

Futzal millimiz Ukraynaya ilk görüşdə məğlub oldu

Bu gün futzal üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Joze Alesio da Silvanın çalışdırdığı yığma komandamız Bakıda Ukrayna seçməsi ilə üz-üzə gəlib. FHN-in İdman-Sağlamlıq mərkəzində təşkil olunan matç qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azarkeşlər üçün qapalı olan qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanıb. Görüşü azərbaycanlı FIFA referiləriləri idarə edib.

Komandalar arasında ikinci qarşılaşma sabah saat 18:00-da başlanacaq. Həmin görüş də "CBC Sport"un canlı efirində olacaq.

Beynəlxalq yoldaşlıq oyunu

18 dekabr

Azərbaycan – Ukrayna - 0:4
Qollar: Petro Şoturma, 5:07, Mixaylo Zvariç, 11:44, Fineo De Araujo, 24:59 (ö/q), Mikola Biloçerkiveç, 38:53
Qırmızı vərəqə: Bolinya, 4:55 (kobud oyuna görə)
Hakimlər: Knyaz Əmiraslanov, Hikmət Qafarlı, Əli Cəbrayılov
Timekeeper: Ziya Nəsirov
FHN-in İdman-Sağlamlıq Mərkəzi