news-details
Xəbərlər

"Neftçi"nin qış planı

“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Klubdan verilən məlumata görə, hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda baş tutacaq və fiziki hazırlığa həsr olunacaq.

Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalya şəhərinin Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

“Ağ-qaralar” yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib dəqiqləşəndə, bu haqda əlavə məlumat veriləcək.

Digər xəbərlər