Cümə 29.03.2024

Millimizin FIFA reytinqindəki mövqeyi dəyişməyib

Millimizin FIFA reytinqindəki mövqeyi dəyişməyib

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan millisi 2021-ci ilin son cədvəlində 1139 xalla 120-ci pillədədir.

Yığma komandanın ötən ayla müqayisədə mövqeyi dəyişməyib.

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərinə gəlincə, Slovakiya 1455 xalla 42-ci, Belarus 1233 xalla 94-cüdür. Potensial rəqiblərimiz olan Qazaxıstan 1140 xalla 119-cu, Moldova isə 928 xalla 181-ci pillədə qərarlaşıb.

Reytinqin ilk 3 pilləsində Belçika (1828), Braziliya (1826) və Fransa (1786) yer alıb.