Cümə 29.03.2024

"Neftçi" qış fasiləsində ilk transferini reallaşdırdı

"Neftçi" qış fasiləsində ilk transferini reallaşdırdı

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

Klubdan verilən məlumata görə, Azərbaycan milli komandasının üzvü Azər Salahlı ilə 2,5 illik müqavilə bağlanıb.

27 yaşlı müdafiəçi komandanın heyətində 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Azər Salahlı “Keşlə” (2012-2015, 2018-2021), “Qarabağ” (2015-2017) və “Sumqayıt” (2016-2018) klublarında çıxış edib.