news-details
Xəbərlər

"Neftçi" Eddi İsrafilovun transferini açıqladı

“Neftçi” qış fasiləsində ikinci transferini reallaşdırıb.

Klubdan verilən məlumata görə, yarımmüdafiəçi Eddi İsdrafilov ilə 2,5 illik müqavilə bağlanıb. 29 yaşlı futbolçu 14 nömrəli formanı geyinəcək. İsrafilov İspaniyanın “Real Mursiya” (2011-2014), “Qranada” (2014-2015), “Eybar” (2015-2016), “Kordoba” (2016), “Kadis” (2016-2017), “Ximnastik” (2017-2018), “Alkorkon” (2018-2019) və “Albasete” (2019-2021) klublarında çıxış edib.

2016-cı ildən Azərbaycan milli komandasına dəvət olunan futbolçu 13 rəsmi oyunda meydana çıxıb.

Qeyd edək ki, bundan əvvəl 27 yaşlı müdafiəçi Azər Salahlı transfer olunmuşdu.

Digər xəbərlər