news-details
Xəbərlər

Azərbaycanda yerli gimnastika yarışları bərpa olunur

Azərbaycan Gimnastika Federasiyası (AGF) ölkədaxili yarışları bərpa etməyi qərara alıb.

AGF-nin saytı xəbər verir ki, ilin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında müxtəlif növlər üzrə 4 yarış təşkil olunacaq:

• 29 yanvar - Batut gimnastikası üzrə 6-cı, Tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı

• 24-25 fevral - Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı çempionatı

• 16 mart - Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı

• 25-26 mart - Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı

Yarışlar Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi əsasında, ölkədə tətbiq edilən mövcud karantin qaydalarına, həmçinin sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçısız keçiriləcək.

Digər xəbərlər