news-details
Xəbərlər

"Sumqayıt" qış fasiləsində ilk transferini reallaşdırdı

"Sumqayıt" dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb.

Klubdan verilən məlumata görə, son olaraq Gürcüstanın "Telavi" klubunda çıxış etmiş Vüqar Bəybalayevlə 2,5 illik müqavilə imzalanıb. 28 yaşlı yarımmüdafiəçi 15 nömrəli formada çıxış edəcək.

2017/18 mövsümündə də "Sumqayıt"da çıxış etmiş Vüqar Bəybalayev qeyd olunan mövsümdə ümumilikdə 24 oyunda iştirak edib. Vüqar son klubu "Telavi" ilə yanaşı, "Bakı", "Xəzər Lənkəran", "Rəvan" və "Səbail" klublarının uğurları üçün də çalışıb.

Digər xəbərlər