Çərşənbə axşamı 19.03.2024

Ronaldonu keçən Messi Peleyə yaxınlaşdı

Ronaldonu keçən Messi Peleyə yaxınlaşdı

"Barselona"nın forvardı Lionel Messi klub karyerasında qol sayına görə "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu keçib.

Argentinalı futbolçu La Liqanın XI turunda ötən gecə doğma meydanda “Valyadolid”i 5:1 hesabı ilə məğlub etdiyi matçda nail olub.

Qarşılaşmada dubl edən və 2 məhsuldar ötürmə verən Messi klub karyerası ərzində vurduğu qolların sayını 608-ə çatdırıb. O, bunu 695 görüşdə iştirak etməklə reallaşdırıb. Ronaldo isə 813 oyunda 606 dəfə fərqlənib.

Messi "Santos"un heyətində 643 qola imza atan futbol kralı Peledən cəmi 35 top geri qalır.

Bundan əlavə, Messi karyerası ərzində cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırıb. Leo bunun 6-nı Argentina yığmasında, 44-nü isə "Barsa"da reallaşdırıb.