Cümə 19.04.2024

"Qarabağ" gürcüstanlı qapıçının keçidini açıqladı

"Qarabağ" gürcüstanlı qapıçının keçidini açıqladı

“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili ilə müqavilə imzalayıb.

Klubdan verilən məlumata görə, 22 yaşlı futbolçu Polşa təmsilçisi “Yagelloniya”dan mövsümün sonuna qədər icarəyə götürülüb.

Luka Quqeşaşvilinin “Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti Ağdam klubuna məxsusdur.