Cümə 19.04.2024

"Qarabağ"dan növbəti transfer

"Qarabağ"dan növbəti transfer

Transfer çalışmalarını davam etdirən “Qarabağ” Leandro Andrade ilə müqavilə imzalayıb.

Klubdan verilən məlumata görə, portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Andrade Ağdam təmsilçisində 15 nömrəli formada çıxış edəcək.

“Qarabağ” bundan öncə Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili ilə müqavilə imzalamışdı.