news-details
Xəbərlər

Azərbaycan çempionatının oyunları təxirə salınıb

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün keçirilməsi planlaşdırılan I dövrənin növbəti oyunları təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, görüşlər əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacaq. Matçların yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının İdman zalında “Azərreyl” - “Abşeron” və UNEC – “Murov” qarşılaşmaları gerçəkləşməli idi.

Qeyd edək ki, kişi və qadınlar arasında Azərbaycan çempionatının ilk turu dekabrın 26-da keçirilib.

Digər xəbərlər