Cümə 19.04.2024

"Sabah" Türkiyədəki ilk yoxlama oyununda heç-heçə etdi

"Sabah" Türkiyədəki ilk yoxlama oyununda heç-heçə etdi

Antalyada təlim-məşq toplanışında olan "Sabah" klubu ilk yoxlama oyununu keçirib. Murad Musayevin çalışdırdığı komanda Macarıstan təmsilçisi "Pakş"la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin qolunu 29-cu dəqiqədə Xulio Sezar Rodriges vurub.

Murad Musayev klubun saytına açıqlamasında komandasının qələbəyə daha yaxın olduğunu, lakin hələ optimal formasından uzaq olduğunu qeyd edib:

“Hazırda optimal formamızdan uzağıq. Oyunun məzmunu da buna uyğun idi. Hər oyun fazasında artıma ehtiyac var. Matçda bəzi məqamlar məni razı saldı. Topa nəzarət və irəli xətdə anlaşma yaxşı səviyyədə idi. Düşünürəm ki, bu gün biz hücumda daha təhlükəli və qələbəyə yaxın tərəf idik. Amma təlim-məşq toplanışında nəticənin heç bir önəmi yoxdur. Vacib olan qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək və mümkün zədələrdən yayınmaqdır”.

Qeyd edək ki, "Sabah" yanvarın 24-də Serbiyanın “Mladost”la (Luçani) klubu ilə oynayacaq. Paytaxt təmsilçisinin hazırlıq prosesindəki üçüncü rəqibi dəqiqləşməyib.