news-details
Xəbərlər

Futzal millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

Futzal üzrə Azərbaycan millisi bu gün 6-cı dəfə Avropa çempionatının final mərhələsində mübarizəyə başlayıb. Joze Alesio Da Silvanın çalışdırdığı komanda D qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşıb.

Niderlandın Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan matçı fransalı referi Sedrik Pelisye idarə edib.

Yığmamızın 2 əsas heyət üzvü bu görüşdə iştirak etməyib. Qapıçı Rövşən Hüseynli və müdafiəçi Qallo koronavirusa yoluxduqları üçün gürcülərə qarşı oynamayıblar.

Oyuna gəlincə, yığma komandamız 2:0 öndə olsa da, rəqib geridönüş edərək matçı qələbə ilə bitirib - 3:2.

Azərbaycan millisi ikinci oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.

Avropa çempionatı, D qrupu, I tur

22 yanvar

Gürcüstan - Azərbaycan - 3:2
Qollar: Elisandro 9'31; Sebiskveradze 26'54''; Thales 31'30'' (p) - Rafael Vilela, 5'14''; 6'26''
Baş hakim: Sedrik Pelisye (Fransa)
Qroningen. "Martini Plaza".

Digər xəbərlər