Şənbə 20.04.2024

Azərbaycan Kuboku: ilk 1/4 final oyunlarının vaxtı açıqlandı

Azərbaycan Kuboku: ilk 1/4 final oyunlarının vaxtı açıqlandı

Azərbaycan Kubokunda ¼ final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, 1 fevrala təsadüf edəcək ilk oyun günündə "Qarabağ" "Keşlə"ni, "Neftçi" "Sabah"ı qəbul edəcək.

Ertəsi gün isə "Zirə" "Səbail"lə, "Sumqayıt" "Qəbələ" ilə qarşılaşacaq.

Oyunlar “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Kuboku, 1/4 final

İlk oyunlar

1 fevral (çərşənbə axşamı)

17:30. “Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika Stadionu

19:45. “Neftçi” – “Sabah”
“Bakcell Arena”

2 fevral (çərşənbə)

17:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu

19:15. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”,