Cümə 29.03.2024

Avropa çempionatı: futzal millimiz mübarizəni dayandırdı

Avropa çempionatı: futzal millimiz mübarizəni dayandırdı

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində bu gün sonuncu oyununa çıxıb.

Yığma komandamız D qrupunun III turunda Bosniya Herseqovina ilə üz-üzə gəlib. Amsterdamdakı "Ziggo Dome" zalında oynanılan qarşılaşmanın baş hakimi isveçrəli Daniel Matkoviç olub.

İlk 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşan Azərbaycan yığması 1/4 finala yüksəlmək üçün rəqibini böyük hesablə məğlub etməli, eyni zamanda qrupun digər oyununda Gürcüstan seçməsi İspaniyaya qalib gəlməli idi.

Yığmamız bu matçda 4:2 hesablı qələbə qazanıb. Qalibiyyətə baxmayaraq, Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.

Buna qrupun digər görüşündə Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) səbəb olub. Bununla da millimiz qrupu 4 xalla 3-cü pillədə başa vurub.

Avropa çempionatı, D qrupu, III tur

29 yanvar

Azərbaycan - Bosniya Herseqovina - 4:2
Qollar: Bolinya, 7, Eduardo Borqes, 10:02, Rafael Vilela, 32:35, Qallo, // Anel Radmiloviç, 11:50 (pen.), Nermin Kahvedziç, 31:20
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)
Amsterdam. "Ziggo Dome"