Cümə 26.04.2024

Azərbaycan Kuboku: “Qarabağ”dan qələbə, “Neftçi” “Sabah”la heç-heçə etdi

Azərbaycan Kuboku: “Qarabağ”dan qələbə, “Neftçi” “Sabah”la heç-heçə etdi

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk görüşü "Qarabağ" və kubokun son qalibi "Keşlə" arasında olub. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanı Vüqar Həsənli idarə edib. Bir qolun vurulduğu matçda sevinən tərəf Ağdam təmsilçisi olub.

Günün digər oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edib. Görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olub. Komandalar bunadək Azərbaycan Kubokunda üz-üzə gəlməmişdilər. Paytaxt təmsilçilərinin duelində qalib müəyyənləşməyib.

Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına fevralın 2-də keçiriləcək "Zirə" - "Səbail" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

1 fevral (çərşənbə axşamı)

“Qarabağ” – “Keşlə” - 1:0
Qol: İ.Vadji, 55
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu.

“Neftçi” – “Sabah” - 1:1
Qollar: V.Stankoviç, 40 – C.L.Mikels, 50.
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”.