Cümə 29.03.2024

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları mübarizəyə başlayır

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları mübarizəyə başlayır

Bu gün Azərbaycan millisinin 3 cüdoçusu Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.

60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Kot d İvuardan olan Dauda Dabone ilə üz-üzə gələcək.

73 kq-da yarışan Hidayət Heydərov və Rüstəm Orucov isə ilk görüşlərini Fransa təmsilçilərinə, müvafiq olaraq Teo Riquin və Benjamin Aksusa qarşı keçirəcək.

Qeyd edək ki, Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri fevralın 6-da tatamiyə çıxacaq.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edəcək.