Cümə axşamı 25.04.2024

Seneqal millisi tarixində ilk dəfə Afrika çempionu oldu

Seneqal millisi tarixində ilk dəfə Afrika çempionu oldu

Afrika Millətlər Kubokunda final oyunu keçirilib. Kamerunun paytaxtı Yaundedəki "Olembe" stadionunda təşkil olunan həlledici görüşdə Seneqal və Misir yığmaları üz-üzə gəlib.

5-ci dəqiqədə seneqallı hücumçu Sadio Mane penaltini dəqiq yerinə yetirməyib. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 0:0.

Penaltilər seriyasında daha dəqiq olan (4:2) Seneqal yığması tarixində ilk dəfə Afrika Millətlər Kubokunu qazanıb.

Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu adına Seneqalın hücumçusu Sadio Mane layiq görülüb. Ən yaxşı qapıçı Eduar Mendi seçilib. Turnirin bombardiri isə Kamerun millisindən 8 qol və 1 məhsuldar ötürmə ilə Vensan Abubakar olub.