Cümə 29.03.2024

Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək

Azərbaycan milli komandası mart ayında iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

AFFA-nın saytının verdiyi xəbərə görə, millimiz martın 25-də Malta, martın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.

Hər iki oyun Maltada (National Stadium) keçiriləcək və müvafiq olaraq, yerli vaxtla saat 19:00 və 13:00-da (Bakı vaxtı ilə saat 22:00 və 15:00) başlayacaq.