news-details
Xəbərlər

“Neftçi” “Qarabağ”a uduzdu, “Zirə” tək qolla qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb. 2021/2022 mövsümünün ikinci yarısı XV turun 2 oyunu ilə start götürüb.

Turun açılış matçında "Keşlə" "Zirə"ni qəbul edib. "ASK Arena"da İnqilab Məmmədovun idarə etdiyi görüşün taleyini bir qol həll edib. Mohamed Hamdauinin vurduğu qol "Zirə"yə qələbə qazandırıb.

Günün ikinci oyunu Azərbaycan derbisi ilə əlamətdar olub. Turun mərkəzi qarşılaşmasında "Qarabağ" və "Neftçi" münasibətlərinə aydınlıq gətirib. "Bakcell arena"da təşkil olunan matçı Kamal Umudlu idarə edib. Üç qolun qeydə alındığı görüş Ağdam təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb.

Tura fevralın 8-də keçiriləcək "Sabah" - "Qəbələ" və "Səbail" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XV tur

7 fevral (bazar ertəsi)

“Keşlə” – “Zirə” - 0:1
Qol: M.Hamdaui, 45.
Qırmızı vərəqə: İ.Qırtımov, 39 (ikinci sarı).
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”.

“Neftçi” – “Qarabağ” - 1:2
Qollar: M.Çəlik, 81 – K.Borges, 25; 62
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”.

Digər xəbərlər