news-details
Xəbərlər

Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında növbəti mərhələyə yüksəldi

Pekin-2022 Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqramda mübarizəsi başa çatıb.

Azərbaycan təmsilçisi Vladimir Litvintsev 30 idmançı arasında 84,15 xalla 18-ci olub.

İdmançımız "24-lüy"ə düşdüyü üçün fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.

Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də mübarizəyə qoşulacaq.

Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Digər xəbərlər