Cümə 19.04.2024

"Qəbələ" "Sabah"a uduzdu, "Səbail" "Sumqayıt"la heç-heçə etdi

"Qəbələ" "Sabah"a uduzdu, "Səbail" "Sumqayıt"la heç-heçə etdi

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub. Son oyun günündə daha 2 qarşılaşma keçirilib.

Günün ilk matçında "Qəbələ" "Sabah"ın qonağı olub. Masazırdakı "Bank Respublika Arena"da keçirilən görüş Elçin Məsiyevin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb. Paytaxt təmsilçisi qonaqları 3 cavabsız qolla məyus edib.

Turun son oyununda "Səbail" və "Sumqayıt" komandaları üz-üzə gəlib. "ASCO Arena"da təşkil edilən qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olub. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, qonaqlar avtoqolla məğlubiyyətdən xilas olublar.

Turun ilk oyun günündə "Zirə" səfərdə "Keşlə"ni 1:0, "Qarabağ" isə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

XV tur

8 fevral (çərşənbə axşamı)

“Sabah” – “Qəbələ” - 3:0
Qollar: C.L.Mikels, 38. X.Kamara, 41. X.S.Rodriqes, 76
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena".

“Səbail” – “Sumqayıt” - 1:1
Qollar: D.Şimkus, 18 - C.Araqo, 65 (avtoqol)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”.