Şənbə 27.04.2024

Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında 18-ci oldu

Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında 18-ci oldu

Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində çıxış edib.

Bu gün sərbəst proqramda buz üzərinə çıxan təmsilçimizin çıxışı 155,04 xalla qiymətləndirilib. İki proqramın cəmində 239,19 xal toplayan Litvintsev yarışı 18-ci pillədə başa vurub.

Olimpiya çempionu adına isə 332,60 xalla ABŞ təmsilçisi Natan Çen yiyələnib. Yaponiyalı Yuma Kaqiyama (310,05) ikinci, onun həmyerlisi Uno Şoma (293,00) üçüncü olub.