Çərşənbə axşamı 23.04.2024

Azərbaycan Kubokunda ilk yarımfinalçı "Qarabağ" oldu

Azərbaycan Kubokunda ilk yarımfinalçı "Qarabağ" oldu

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilib. İlk oyun günündə cəmi bir görüş keçirilib.

"Qarabağ" "Keşlə"nin qonağı olub. "ASK Arena"dakı qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edib.

Komandalar arasında keçirilmiş ilk matçda Ağdam klubu 1:0 hesablı qələbə qazanmışdı. Budəfəki görüşdə də "Qarabağ" sevinib. Qurban Qurbanovun komandası meydan sahiblərini 6 cavabsız qolla məğlub edərək yarımfinala yüksəlib.

Digər cavab oyunlarına gəldikdə, fevralın 12-də "Sabah" "Neftçi"ni, fevralın 13-də isə "Qəbələ" "Sumqayıt"ı, "Səbail" "Zirə"ni qəbul edəcək.

Azərbaycan Kuboku, 1/4 final

Cavab oyunu

11 fevral (cümə)görüşdə

“Keşlə” – “Qarabağ” - 0:6
Qollar: P. Andrade, 9. İ. Vadji, 17; 45. R. Şeydayev, 43-pen; 84. M. Qurbanlı, 78.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASK Arena”.
İlk oyun - 0:1.