news-details
Xəbərlər

“Neftçi” yarımfinalda!

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin növbəti cavab oyunu keçirilib.

"Neftçi" "Sabah" klubunun qonağı olub. Masazırdakı "Bank Respublika Arena"da oynanılan görüşü Rəvan Həmzəzadə idarə edib. "Bakcell Arena"dakı ilk görüşdə qalib müəyyənləşməmişdi - 1:1.

Dramatik məcrada keçən budəfəki matçda qapılara 4 qol vurulub. Qarşılaşmada hesabı ilk hissədə meydan sahibləri açsa da, "ağ-qaralar" ikinci hissədə geridönüş ediblər. "Neftçi" 7 dəqiqə ərzində 3 qol vurmaqla əzmkar qələbə qazanıb və yarımfinala yüksəlib.

1/4 finalın digər 2 cavab oyunu fevralın 13-də baş tutacaq. "Qəbələ" evdə "Sumqayıt"ı, "Səbail" isə "Zirə"ni qəbul edəcək.

Azərbaycan Kuboku, 1/4 final

Cavab oyunu

12 fevral (şənbə)

“Sabah” – “Neftçi” - 1:3
Qollar: X.Kamara, 41 – E.Mahmudov, 61. R.Maçado, 62; 68.
Qırmızı vərəqə: A.İsayev, 75. S.Ağayev, 75.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”
İlk oyun - 1:1.

Digər xəbərlər