Çərşənbə 24.04.2024

Azərbaycan kubokunda bütün yarımfinalçılar müəyyənləşdi

Azərbaycan kubokunda bütün yarımfinalçılar müəyyənləşdi

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son iki cavab görüşü keçirilib. Qarşılaşmalardan biri Bakıda, digəri Qəbələdə təşkil olunub.

Əvvəlcə "Qəbələ" "Sumqayıt"ı qəbul edib. İlk matçda "qırmızı-qaralar" səfərdə 1:0 hesablı qələbə qazanmışdılar. Budəfəki görüşdə qalib müəyyənləşməyib və yekunda “Qəbələ” mərhələ adlayıb.

Paytaxtdakı "ASCO Arena"da isə "Səbail" "Zirə" ilə üz-üzə gəlib. İlk oyunda 4:0 hesabı ilə üstün olan Rəşad Sadıqovun komandası cütün taleyini böyük ölçüdə həll etmişdi. 4 qolun vurulduğu cavab matçında da sevinən tərəf "Zirə" olub və onlar yarımfinala yüksəliblər.

Qeyd edək ki, ilk iki yarımfinalçıdan "Qarabağ" "Keşlə"ni (1:0, 6:0), "Neftçi" isə "Sabah"ı (1:1, 3:1) mübarizədən kənarlaşdırıb.

Beləliklə, yarımfinalda “Qarabağ” “Qəbələ” ilə, “Neftçi” isə “Zirə” ilə mübarizə aparacaq. İlk oyunlar aprelin 20-də, cavab matçları isə aprelin 29-da keçiriləcək.

Azərbaycan Kuboku, 1/4 final

Cavab görüşləri

13 fevral (bazar)

“Qəbələ” – “Sumqayıt” - 1:1
Qollar: İ.Alimi, 18 – A.Abdullayev, 82-pen.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
İlk oyun - 1:0

“Səbail” – “Zirə” - 1:3
Qollar: R.Hacıyev, 7 – A.Ramazanov, 21. T.Xəlilzadə, 39-pen. C.Diniyev, 73.
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASCO Arena”
İlk oyun - 0:4