Şənbə 20.04.2024

"Qarabağ"ın oyunu təxirə salınıb

"Qarabağ"ın oyunu təxirə salınıb

Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli məlum olub. Qarşılaşmalar “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Turun “Qarabağ” – “Sumqayıt” görüşü təxirə salınıb. Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən Ağdam klubu yarışın pley-off mərhələsində Fransanın “Marsel” klubu ilə qarşılaşacaq. Fevralın 17-də Fransada, 24-də Azərbaycanda meydana çıxacaq “Qarabağ” vacib qarşılaşmalara daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək “Sumqayıt”a qarşı keçirilməli olan görüşün təxirə salınmasını xahiş edib.

Peşəkar Futbol Liqası “Qarabağ”ın ölkə idmanı üçün vacib olan oyunlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq görüşün fevralın 20-dən mayın 12-nə təxirə salınmasına qərar verib.

19 fevral (şənbə)

15:00. “Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu

17:15. “Neftçi” – “Keşlə”
“Bakcell Arena”

20 fevral (bazar)

17:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu