Cümə 29.03.2024

"Mançester Siti"dən darmadağın, PSJ "Real Madrid"i məğlub etdi

"Mançester Siti"dən darmadağın, PSJ "Real Madrid"i məğlub etdi

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Gecənin ən maraqlı matçı Fransada PSJ və "Real Madrid" arasında olub. "Park-de-Prens" stadionunda oynanılan görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edib. Matçın taleyini bir qol həll edib. Kilian Mbappe son dəqiqələrdə parisliləri sevindirib.

Gecənin digər oyununda "Mançester Siti" Portuqaliyada "Sportinq"in qonağı olub. Serbiyalı Srcan Yovanoviçin idarə etdiyi qarşılaşmada İngiltərə klubu 5 cavabsız qolla qələbə qazanıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

15 fevral

PSJ (Fransa) - "Real Madrid" (İspaniya) - 1:0
Qol: K.Mbappe, 90+4
Baş hakim: Daniele Orsato (İtaliya)

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 0:5
Qollar: Mahrez, 7. B.Silva, 17; 44. Foden, 32. Sterlinq, 58
Baş hakim: Srcan Yovanoviç