Çərşənbə 08.05.2024

"Qarabağ" "Neftçi" ilə heç-heçə etdi

"Qarabağ" "Neftçi" ilə heç-heçə etdi

Azərbaycan Premyer Liqasında X tura start verilib. Həftənin açılış oyununda ikinci sıradakı "Neftçi" lider "Qarabağ"ı qəbul edib. "Bakcell Arena"da təşkil olunan matçda hesab açılmayıb.

Bu heç-heçədən sonra xalını 26-ya çatdıran Ağdam təmsilçisi cari çempionatda məğlubiyyətsizlik seriyasını davam etdirib. Paytaxt komandası isə xalını 18-ə yüksəldib.

Qeyd edək ki, tur sabah keçiriləcək "Səbail" - "Keşlə" görüşü ilə davam edəcək. Bazar günü isə "Zirə" - "Sumqayıt" və "Qəbələ" - "Sabah" duelləri olacaq. Bütün matçlar "CBC Sport"la canlı yayımlanacaq.