UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki görüş keçirilib.
Gecənin ən maraqlı görüşü İtaliyada təşkil edilib. "İnter" "Liverpul"la üz-üzə gəlib. "Cuzeppe Meatsa" stadionunda oynanılan görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edib. İlk hissəsi qolsuz bitə matçın sonlarında "Liverpul" iki qol vuraraq qələbə qazanıb.
Gecənin digər oyununda "Bayern Münhen" Avstriyada "Zaltsburq"la qarşılşıb. Matçı ingiltərəli Maykl Oliver idarə edib. Oyunda hesabı meydan sahibləri açsa da, Almaniya nəhəngi son dəqiqədə fərqlənməklə məğlubiyyətdən xilas olub.
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
16 fevral
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) - 0:2
Qollar: Firmino, 75. Salah, 83.
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Zaltsburq" (Avstriya) - "Bayern Münhen" (Almaniya) - 1:1
Qollar: Adamu, 21 – Koman, 90.
Baş hakim: Maykl Oliver (İngiltərə)