news-details
Xəbərlər

"Sabah"dan yeni transfer

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Klubdan verilən məlumata görə, bosniya herseqovinalı müdafiəçi Boyan Letiç bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Boyan karyerası ərzində Bosniya Herseqovinanın “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib.

Onun son klubu İspaniya təmsilçisi “Mirandes”i (2020-2022) olub.

Digər xəbərlər