Cümə 29.03.2024

"Neftçi" "Keşlə"yə, "Qəbələ" "Səbail"ə qalib gəldi

"Neftçi" "Keşlə"yə, "Qəbələ" "Səbail"ə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk görüşü Qəbələdə şəhərin eyni adlı komandası ilə "Səbail" arasında olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçda son çempion "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə üz-üzə gəlib. 4 qolun qeydə alındığı matçda "ağ-qaralar" rəqibini asanlıqla məğlubiyyətə uğradıb.

XVI turun "Zirə" - "Sabah" matçı sabah keçiriləcək. Turun “Qarabağ” – “Sumqayıt” görüşü isə Ağdam klubunun avrokubok oyunları ilə əlaqədar olaraq mayın 12-nə təxirə salınıb.

Azərbaycan Premyer Liqası, XVI tur

19 fevral

“Qəbələ” – “Səbail” - 2:0
Qollar: Ü.İsgəndərov, 78. İ.Alimi, 90+7.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu

“Neftçi” – “Keşlə” - 3:1
Qollar: S.M.Kolli, 21. V.Stankoviç, 26. R.Nəsirli, 44 – F.Santos, 90+3
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”