Cümə 19.04.2024

"Zirə" "Sabah"ı məğlub etdi

"Zirə" "Sabah"ı məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib. "Zirə" "Sabah"ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda təşkil olunan matç saat 17:00-da start götürüb. Qarşılaşma Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb.

Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəliblər. Əvvəlki 12 görüşün 3-də "Zirə", 5-də isə "Sabah" meydanı 3 xalla tərk etmişdi. İki qolun qeydə alındığı budəfəki matçda "qartallar" qələbə qazanıb.

XVI turun ilk oyun günündə "Qəbələ" evdə "Səbail'i 2:0, "Neftçi" isə "Keşlə"ni 3:1 hesabı ilə yenib. Turun “Qarabağ” – “Sumqayıt” görüşü isə Ağdam klubunun avrokubok oyunları ilə əlaqədar olaraq mayın 12-nə təxirə salınıb.

Azərbaycan Premyer Liqası

XVI tur

“Zirə” – “Sabah” - 2:0
Qollar: H.Keyta, 63; 90+3.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu