Cümə 29.03.2024

"Keşlə" "Səbail"lə bərabərə qaldı

"Keşlə" "Səbail"lə bərabərə qaldı

Bu gün Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib. "ASCO Arena"da "Səbail" "Keşlə"ni qəbul edib.

Komandalar daxili çempionatda 9 dəfə üz-üzə gəliblər. Bunlardan 5-də "Səbail", 3-də isə "Keşlə" meydanı üç xalla tərk edib. 1 görüşdə isə qalib müəyyənləşməyib. Komandalar arasındakı son 3 görüşdə qonaq olan komanda qələbə qazanmışdı. Ancaq budəfəki görüşdə qapılar toxunulmaz qalıb.

Turun açılış matçında lider “Qarabağ” səfərdə “Neftçi” ilə qolsuz heç-heçəyə razılaşıb. Tura sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Zirə” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq. Bütün görüşlər "CBC Sport"la canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

X tur

2 noyabr

“Səbail” – “Keşlə” - 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev.

“ASCO Arena”.