Çərşənbə axşamı 16.04.2024

"Qarabağ" - "Marsel" oyunu polşalılara tapşırıldı

"Qarabağ" - "Marsel" oyunu polşalılara tapşırıldı

"Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun hakimləri müəyyənləşib.

Qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Bartoş Frankovskiyə yan xətt hakimləri Martsin Bonek və Yakub Vinkler yardım göstərəcək. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik icra edəcək.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.