Cümə axşamı 28.03.2024

"Çelsi" inamlı qələbə qazandı, "Yuventus" heç-heçə etdi

"Çelsi" inamlı qələbə qazandı, "Yuventus" heç-heçə etdi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 2 görüş keçirilib.

Turnirin son qalibi "Çelsi" İngiltərədə Fransanın "Lill" klubu ilə üz-üzə gəlib. "Stemford Bric" stadionunda təşkil olunan görüş London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Gecənin digər oyununda "Yuventus" İspaniyada "Vilyarreal"ın qonağı olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. İtaliya klubunun hücumçusu Duşan Vlahoviç Çempionlar Liqasında debüt matçının 1-ci dəqiqəsində qol vurub. “Yuventus” isə ardıcıl 5-ci ildir ki, nüfuzlu turnirin 1/8 finalının ilk görüşündə qələbə qazana bilmir.

Komandalar arasında cavab oyunları martın 16-də gerçəkləşəcək.

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

22 fevral

"Çelsi" (İngiltərə) - "Lill" (Fransa) - 2:0
Qollar: Kay Haverts, 8. Kristian Pulişiç, 63
Baş hakim: Xesus Hil Mansano (İspaniya)

"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:1
Qollar: Daniel Parexo, 66 - Duşan Vlahoviç, 1
Baş hakim: Daniel Zibert (Almaniya)