news-details
Xəbərlər

Elxan Məmmədov FIFA prezidenti ilə görüşüb

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İsveçrənin Sürix şəhərində, FIFA-nın mənzil-qərargahında beynəlxalq futbol təşkilatının prezidenti Canni İnfantino ilə görüşüb.

AFFA-nın saytının verdiyi xəbərə görə, görüş zamanı E.Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından İnfantinoya ötən il təşkil olunan Avropa çempionatı zamanı Bakıya təşrif buyurması və AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə - Türkiyə oyununu izləməsi ilə əlaqədar bir daha minnətdarlığımı bildirib.

Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı görüşdə son dövrlər ölkəmizdə həyata keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat verilib.

Elxan Məmmədov Azərbaycan Premyer Liqasında yaxın gələcəkdə VAR sisteminin tətbiq olunacağını bildirib və bu istiqamətdə görülmüş işlər haqqında FIFA prezidentini məlumatlandırıb.

Digər xəbərlər