news-details
Xəbərlər

"Qarabağ" "Marsel"ə uduzaraq mübarizəni dayandırdı

"Qarabağ" bu gün UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Ağdam klubu Fransanın "Marsel" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi polşalı Bartoş Frankovski olub.

Marseldəki ilk oyunda rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam klubu mərhələni keçmək üçün ən azı 3 top fərqi ilə qalib gəlməli idi. Ancaq "Qarabağ" yenə məğlubiyyətlə üzləşib. Yenə qapısında 3 qol görən təmsilçimiz UEFA Avropa Konfrans Liqasında mübarizəni dayandırıb.

UEFA Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunu

24 fevral

"Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa) - 0:3
Qollar: P.Qeye, 12. M.Genduzi, 77. K.D.La Fuente, 90+2
Hakimlər: Bartoş Frankovski, Martsin Bonek, Yakub Vinkler, Kjiştof Yakubik (hamısı Polşa)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:3

Digər xəbərlər