Cümə axşamı 28.03.2024

"Sumqayıt" məğlubiyyətdən qaçdı, "Sabah"dan əzmkar qələbə

"Sumqayıt" məğlubiyyətdən qaçdı, "Sabah"dan əzmkar qələbə

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulub. Sonuncu oyun günündə iki görüş keçirilib.

Günün ilk matçında "Zirə" "Sumqayıt"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə bitib. Bu komandalar arasında ilk dövrədə Sumqayıtda baş tutan qarşılaşma qonaqların qələbəsiylə yekunlaşmışdı.

Tura “Qəbələ” – “Sabah” matçı ilə yekun vurulub. İlk dövrədə Bakıda 1:0 hesablı qələbəyə sevinən əyalət təmsilçisi doğma arenada da “Sabah”a eyni aqibəti yaşatmağa çalışıb. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə iki qol vuran paytaxt təmsilçisi əzmkar qələbəyə sevinib.

Xatırladaq ki, turun digər oyunlarında “Neftçi” “Qarabağ”la, “Səbail” isə “Keşlə”ylə qolsuz heç-heçəyə razılaşıb.

Azərbaycan Premyer Liqası

X tur

3 noyabr

“Zirə” – “Sumqayıt” - 2:2
Qollar: M.Kqasvane, 3. R.Qadze, 58 - P.Babayi, 28-pen. Ə.Ağayev, 81.

Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev.

Zirə İdman Kompleksinin stadionu

“Qəbələ” – “Sabah” - 1:2

Qol: D.Volkov, 43 - C.İmamverdiyev, 53. H.Ekşteyn, 73.

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov.

Qəbələ şəhər stadionu