Cümə 29.03.2024

Cüdoçularımız Polşada bir günə dörd medal qazanıb

Cüdoçularımız Polşada bir günə dörd medal qazanıb

Polşanın paytaxtı Varşavada keçirilən Açıq Avropa turnirinin birinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov final görüşündə Avstraliya təmsilçisi Coşua Katsa qalib gələrək qızıl medal əldə edib.

Həmin çəkidə mübarizə aparan digər azərbaycanlı cüdoçu Rövşən Əliyev bürünc medal uğrunda görüşdə həmyerlisi Nazir Talıbovu yenib. Nəticədə Əliyev bürünc medal qazanıb, Talıbov isə 5-ci yeri tutub.

66 kq çəkidəki final görüşündə də iki Azərbaycan cüdoçusu - İsmayıl İbrahimov və İbrahim Əliyev üz-üzə gəlib. Nəticədə Əliyev qızıl, İbrahimov gümüş medala yiyələnib.

Qeyd edək ki, Azərbaycan yarışın ikinci günündə oğlanlar arasında 81 kq, 90 kq və +100 kq çəki dərəcələrində ümumilikdə 5 idmançı ilə təmsil olunacaq.