Çərşənbə axşamı 16.04.2024

"Qarabağ" Emil Balayevlə müqaviləyə xitam verdi

"Qarabağ" Emil Balayevlə müqaviləyə xitam verdi

"Qarabağ" Azərbaycan millisinin qapıçısı Emil Balayevlə yollarını ayırıb.

Klubdan verilən məlumata görə, 28 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ona xidmətləri qarşılığında təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Balayevin Qazaxıstanın "Turan" komandasına keçəcəyi gözlənilir.