Cümə 29.03.2024

"Zirə" "Sumqayıt"a, "Neftçi" "Səbail"ə qalib gəldi

"Zirə" "Sumqayıt"a, "Neftçi" "Səbail"ə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda təşkil olunan matç Rauf Allahverdiyevin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb. Matçın taleyini bir qol həll edib. Mohamed Hamdaui qəsəbə təmsilçisinə qələbə qazandırıb.

Günün ikinci matçında son çempion "Neftçi" "Səbail"lə qarşılaşıb. “Bakcell Arena”da keçirilən oyunun baş hakimi Kamal Umudlu olub. Meydan sahibləri ikinci hissənin sonlarına yaxın vurduğu iki qolla qalib gəlib.

XVIII tura sabah keçiriləcək "Keşlə" - "Sabah" və "Qarabağ" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XVIII tur

5 mart (şənbə)

“Zirə” – “Sumqayıt” - 1:0
Qol: M.Hamdaui, 65
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu

“Neftçi” – “Səbail” - 2:0
Qollar: T.Bezerra, 73. A.Salahlı, 79
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”