Cümə axşamı 25.04.2024

"Liverpul" və "Bayern Münhen" 1/4 finalda

"Liverpul" və "Bayern Münhen" 1/4 finalda

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib

"Liverpul" İngiltərədə "İnter"lə üz-üzə gəlib. İlk matçda Mersisayd təmsilçisi 2:0 hesabı ilə qalib gəlmişdi. Cavab görüşünün taleyini bir qol həll edib. Milan təmsilçisi qələbə qazansa da, 1/4 finala "Liverpul" yüksəlib.

Gecənin digər oyununda "Bayern Münhen" Almaniyada Avstriya təmsilçisi "Zalsburq"la görüşüb. Tərəflər arasındakı ilk dueldə qalib müəyyənləşməmişdi - 1:1. İkinci qarşılaşmada isə Münhen klubu rəqibini 7:1 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb.

1/8 final mərhələsinin digər cavab oyunları martın 9-da, 15-də və 16-da keçiriləcək.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

8 mart

"Liverpul" (İngiltərə) - "İnter" (İtaliya) - 0:1
Qol: L.Martines, 62
Baş hakim: Antonio Miqel Mateu Laos (İspaniya)
İlk oyun - 2:0.

"Bayern Münhen" (Almaniya) - "Zalsburq" (Avstriya) - 7:1
Qol: Levandovski, 11-pen; 21-pen; 23. Qnabri, 31. Müller, 54; 83. Sane, 86 – Kyaerqaard, 70
Baş hakim: Kleman Turpen (Fransa)
İlk oyun - 1:1.