Cümə 26.04.2024

“Neftçi” “Sumqayıt”ı məğlub etdi, “Qəbələ” - “Zirə” oyunu qolsuz bitdi

“Neftçi” “Sumqayıt”ı məğlub etdi, “Qəbələ” - “Zirə” oyunu qolsuz bitdi

Bu gün Azərbaycan Premyer Liqasında XIX turun son oyunları keçirilib.

Turun mərkəzi matçında turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Zirə" "Qəbələ"nin qonağı olub. Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə qəsəbə təmsilçisi arasında ötən gündən təxirə salınmış matçın davamı bu gün keçirilib. Ötən gün güclü qarın yağması səbəbindən təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65 dəqiqədən oynanılıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Tura "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulub. Tərəflər arasında son 2 matç heç-heçə ilə nəticələnib. Ardıcıl 8 qarşılaşmada meydan sahibi olan komanda qələbə qazanmamışdı. "Neftçi" tilsimi qıraraq 2:1 hesablı qalibiyyətə sevinib.

İlk oyun günündə "Keşlə" səfərdə "Səbail"i 3:0, "Qarabağ" isə "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası, XIX tur

13 mart (bazar)

“Qəbələ” – “Zirə” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

“Neftçi” – “Sumqayıt” - 2:1
Qollar: E.Mahmudov, 18; 82-pen – R.Sadıxov, 24
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”