Şənbə 20.04.2024

Çempionlar Liqası: “Benfika” və “Atletiko” 1/4 finalda!

Çempionlar Liqası: “Benfika” və “Atletiko” 1/4 finalda!

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.

Gecənin ən diqqətçəkən görüşü İngiltərədə "Mançester Yunayted" və "Atletiko" (Madrid) komandaları arasında baş tutub. Madriddə keçirilmiş ilk görüşdə qalib müəyyənləşməmişdi - 1:1. "Old Trafford" stadionunda sloveniyalı baş hakim Slavko Vinçiçin idarə etdiyi qarşılaşmanın taleyini isə bir qol həll edib. Dieqo Simeonenin komandası qələbə sayəsində mərhələ adlayıb.

Gecənin digər matçında "Ayaks" Niderlandda "Benfika"nı qəbul edib. "Yohan Kroyf Arena"da oynanılan görüşün baş hakimi ispaniyalı Karlos del Serro olub. Lissabondakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınmışdı. Bu dəfə qapılara bir qol vurulub. "Benfika" Darvin Nunyesin qolu sayəsində adını 1/4 finala yazdırıb.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

15 mart

"Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 0:1
Qol: Lodi, 41
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun - 1:1

"Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) - 0:1
Qol: Nunyes, 77
Baş hakim: Karlos del Serro (İspaniya)
İlk oyun - 2:2