news-details
Xəbərlər

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı

AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Qurumun saytının verdiyi xəbərə görə, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunsun.

2. Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibi təsdiq olunsun:

Sədr
Vəli Qasımov

Üzvlər
Fəxrəddin Manafov
Asim Xudiyev
Yunis Hüseynov
Qənirə Paşayeva
Sona Abbasova
Anar Həsənov
Rüstəm Əfsərli
Şaiq Qəribzadə

3. AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

- Tofiq Məmmədov (Gəncə)
- Nazim Mehrəliyev (Ağdam)
- Hafiz Əliyev (Naxçıvan)

4. AFFA-nın 30 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi təsdiq olunsun.

Digər xəbərlər