Şənbə 20.04.2024

"Neftçi" 85 illiyini 4 qolla qeyd etdi

"Neftçi" 85 illiyini 4 qolla qeyd etdi

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib. Komandaların Premyer Liqadakı son 7 oyununda meydan sahibi olan tərəf qalib gəlməyib. Qəsəbə təmsilçisi son üç ev matçında rəqibinə qol vura bilməyib. Budəfəki görüşdə tərəflər hərəyə bir dəfə fərqlənib. Matçda qalib müəyyənləşməyib.

Günün ikinci qarşılaşmasında "Neftçi" "Qəbələ" ilə üz-üzə gəlib. Görüş komandaların çempionatdakı 54-cü dueli olub. Əvvəlki 53 oyunun 24-də paytaxt klubu, 16-da bölgə təmsilçisi meydanı 3 xalla tərk edib. Qarşılaşma "ağ-qaralar"ın 85 illik yubileyinə təsadüf edib. Bu səbəbdən matçın başlama saatı rəmzi olaraq 19:37-yə təyin olunub. Oyun "Neftçi"nin 4:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Tura martın 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XX tur

18 mart (cümə)

“Keşlə” – “Sumqayıt” - 1:1
Qollar: A.Yunanov, 45 – F.Flores, 57 (avtoqol)
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”

“Neftçi” – “Qəbələ” - 4:0
Qollar: E.İsrafilov, 7; 90+5. M.Mbodj, 17. G.Pato, 81
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”